-
- Bu gün, 11:47
- 101
Əsədin Moskvaya qaçışında ŞOK DETALLAR – Yanında bu adamlar olub
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qaçmasından sonra yeni detallar ortaya çıxmağa davam edir.
News24.az xəbər verir ki, Londonda yerləşən “Al Majalla” nəşrinin iddiasına görə, Əsəd Rusiyaya qaçarkən onu iki nəfər müşayiət edib.
İddialara görə, prezident adminstrasiyasının rəhbəri Mənsur Əzzam və mühafizə bölməsinin rəisi, briqada generalı Muhsin Məhəmməd Əsədin Rusiyaya səfəri zamanı onun yanında olub. Əsədin ailəsi ilə birlikdə qaçmadığı, həyat yoldaşı və uşaqlarının həmin vaxt artıq xaricdə olduğu bildirilib.
Əsədin qaçdıqdan sonra bir həftə səssiz qalmasının səbəbinin onun sosial media hesablarına giriş məlumatlarını almaq üçün geridə qoyduğu köməkçilərinin Suriyanın sahil bölgələrinə, qonşu ölkələrə və ya Moskvaya çatmasını gözləməsi olduğu da iddia edilib.
Əsəd ölkədən qaçdıqdan sonra verdiyi ilk açıqlamada qarşıdurmalar zamanı Rusiya hərbi bazasına sığındığını və Moskvanın göstərişi ilə Suriyadan aparıldığını iddia edib.
Aynurə