Ukraynadan Rusiyaya Qara dəniz təklifi - XİN rəhbəri açıqladı

Ukraynadan Rusiyaya Qara dəniz təklifi - XİN rəhbəri açıqladı Dünya

Ukrayna vasitəçilər yolu ilə Rusiyaya Qara dənizdə zərbələri dayandırmağı təklif edib və Moskvadan cavab gözləyir.

News24.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa “Suspilne” telekanalının efirində bildirib.

Xarici siyasət idarəsinin rəhbəri Kiyevin atəşkəsə hazır olduğunu qeyd edib:

“Qara dənizdə gərginliyin azaldılmasında, eləcə də vasitəçilik səylərində fəal və mühüm rol oynayan Hindistana, Türkiyəyə və Misirə minnətdarıq”.