ABŞ İrana hücum edib?
Dünya
ABŞ-nin pilotsuz uçuş aparatı (PUA) İranın cənubundakı Hörmüz boğazında göyərtəsində üç nəfər olan balıqçı qayığına hücum edib.
News24.az xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun mətbuat xidməti məlumat yayıb.
"Təcavüzkar Amerikanın pilotsuz uçuş aparatı göyərtəsində üç nəfər olan balıqçı qayığına zərbə endirib. Onlardan ikisi tapılaraq Sirik xəstəxanasına çatdırılıb", - bəyanatda bildirilib.
Məlumata görə, digər bir nəfərin taleyi məlum deyil, onun axtarışları davam edir.