İsveçrə ATƏT-in sədri olmaq istəyir
    • Bu gün, 13:43
    • 62

İsveçrə ATƏT-in sədri olmaq istəyir

İsveçrə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrliyinə namizədliyini elan edib.

News24.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, İsveçrə 2026-cı ildə ATƏT-ə sədrlik etmək istəyi barədə qurumun fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqa məlumat verib.

O da qeyd edilib ki, “bir sıra dövlətlər” İsveçrədən namizədliyini elan etməsini istəyib.

Qeyd edək ki, İsveçrə 1996 və 2014-cü illərdə ATƏT-in sədrliyi funksiyasını yerinə yetirib. //yenicag