-
- Bu gün, 17:06
- 462
Qətərə təyin olunan səfir şeyxin kürəkəndir - FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Modern.az-ın məlumatına görə, Adış Məmmədov 1995–1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində işləyib.
1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2000-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunub.
2001–2002-ci illərdə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri vəzifəsində çalışıb.
2002–2005-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində I Katib vəzifəsində işləyib.
2005–2013-cü illərdə Xarici İşlər Nazirliyidə Müşavir vəzifəsində çalışıb.
2013–2018-ci illlərdə Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsini tutub.
12 mart 2020-ci ildən indiyə kimi Azərbaycan Respublikasının Çexiyada fövqəladə və səlahiyyətli səfiri idi.
Qeyd edək ki, Adış Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadənin kürəkənidir.