Serdar Ortaç tanışlarından borc istədi?
    • 13-06-2024, 16:30
    • 516

Serdar Ortaç tanışlarından borc istədi?

Son zamanlar sosial media hesabından canlı yayımlar zamanı verdiyi açıqlamalarla adından söz etdirən Serdar Ortaç haqqında yeni iddia ortaya atılıb.

News24.az xəbər verir ki, Ortaçın 500 min TL ödəmək üçün WhatsApp qrupu yaratdığı iddia edlib. Məşhur müğənninin dost və tanışlarının hər birindən 5 min TL istədiyi iddia edilib.

Serdar Ortaç iddialardan sonra sosial media hesabından açıqlama verib. Məşhur ad mövzu ilə bağlı bunları deyib:

"Keçən il bir dostumdan borc götürəndə baş verən WhatsApp danışıqlarını tapdılar və dərc edirlər. 300 nəfərlik qrup yaratdım və hamıdan pul istədim. Kimsə mənim adımdan pul istəsə, inanmayın”.

Digər tərəfdən MS xəstəliyi səbəbiylə çətin anlar yaşayan Serdar Ortaç bir neçə gün əvvəl spirtli içki və siqareti atdığını açıqlayıb.

Günel Məlikzadə