Azərbaycana qış gəldi
    • Bu gün, 13:47
    • 96

Azərbaycana qış gəldi

Azərbaycana qış fəsli qədəm qoyub.

News24.az xəbər verir ki, qış fəsli ölkəmizə dekabrın 21-i saat 13:20-də daxil olub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.