Bu dərmanlar uşaqlarda eşitmə problemi yarada bilir -Açıqlama
    • Dünən, 23:23
    • 190

Bu dərmanlar uşaqlarda eşitmə problemi yarada bilir -Açıqlama

“Üç yaşlı uşaq üç sözdən ibarət cümlə qurmalıdır. Heç cümlə qurmamaq normal hal hesab olunmur. Bu hal nitq inkişaf ləngiməsi hesab olunur. Gecikmədən bunun üçün həkimə müraciət etmək lazımdır. Üç yaşlı uşaq cümlə qurmursa, ümumiyyətlə danışmırsa, ilk növbədə azyaşlının eşidib-eşitmədiyini dəqiqləşdirmək lazımdır”. 

Bu sözləri açıqlamasında  pediatr Günay Rəsulova deyib.

O bildirib ki, nitqi gecikən uşaqlara mütləq eşitmə testi etdirilməlidir:

“Nitq inkişaf ləngiməsinin çox hallarda səbəbi eşitmə problemləri olur. Əvvəllər eşitmə problemi olmayan uşaqlarda sonradan bu problem yarana bilir. Testiz otit olan, burnunda allergiyası olan, davamlı burnu tıxalı olan, orta qulağına tez-tez su yığılan uşaqlarda eşitmə problemi yarana bilir”. 

Onun sözlərinə görə, hətta bəzi dərmanlar da eşitmənin itirilməsinə səbəb ola bilir:

“Amikatsinin, genitamitsinin, kimi ototoksik dərmanlar eşitmənin itirilməsinə və buna bağlı nitq geriliyinə səbəb ola bilir. 2-3 yaşlı uşaq cümlə qurmursa, bu nitq geriliyi sayılır. Uşağın babası, dayısı, əmisi və.s gec danışıb deyə vaxt itirməmək lazımdır. Zamanında mütəxəssisə müraciət vacibdir”./demokrat.az