Tramp Şvartsneqqerin ölüm xəbərini YAYDI
    • 13-07-2019, 12:23
    • 1 012

Tramp Şvartsneqqerin ölüm xəbərini YAYDI

ABŞ prezidenti Donald Tramp Hollivud aktyoru Arnold Şvartsneqqerin ölüm xəbərini yayıb.

News24.az xəbər verir ki, "Yahoo News"un  jurnalisti Hanter Uoker D.Trampın sözlərini şəxsi "Twitter" hesabında yazaraq "Bilirsiniz nə olub? Arnold Şvartsneqqer ölüb. Mən orada idim" sözlərini qeyd edib.

Jurnalist daha sonra həmin sözlərin kontekstdən çıxarış olduğunu və əslində söhbətin A.Şvartsneqqerin aparıcısı olduğu realiti-şoudan getdiyini açıqlayıb.

Müzakirəyə səbəb olan yazıya ölüm xəbəri yayılan aktyorun özü də münasibət bildirib. O, Donald Trampa müraciət edərək "Mən hələ də buradayam" yazıb.