Donald Tramp bu dəfə Ərdoğandan yazdı
    • 8-10-2019, 18:10
    • 765

Donald Tramp bu dəfə Ərdoğandan yazdı "Bir çoxları unudur ki..."

"Bir çoxları unudur ki, Türkiyə ABŞ-ın böyük ticarət ortağıdır. Türkiyə "F-35"lərin polad gövdəsini hazırlayır. İdlibdə bir çox insanın həyatını xilas etməyimizə kömək edən razılaşma imzalayıb".

News24.az
xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp şəxsi "Twitter" hesabında yazıb. D.Tramp həmçinin əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan 13 noyabr tarixində onun dəvəti ilə Vaşinqtonda qonağı olacaq. ABŞ lideri eyni zamanda Türkiyənin NATO-nun vacib üzvü olduğunu vurğulayıb.