-
- 28-12-2019, 11:06
- 1 311
DİN-dən Mehman Hüseynovun döyülməsi iddiasına MÜNASİBƏT
Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun polislər tərəfindən saxlanılması və döyülməsi barədə yayılan xəbərə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, M.Hüseynov dekabrın 27-si saat 22:00 radələrindən sonra bir qrup şəxslə birlikdə şəhərin mərkəzində, əhalinin sıx olduğu Fəvvarələr meydanında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər.
Həmin vaxt ərazidə xidmət edən polis əməkdaşlarının ictimai asayişi qorumaqla bağlı qanuni tələblərinə tabe olmayıblar və onlar Mehman Hüseynovu əhalinin sıx toplaşdığı ərazidən uzaqlaşdırıblar. M.Hüseynova qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq olmayıb. Onun polisin onu döyməsi barədə dedikləri tamamilə əsassızdır”.
“Əgər polis onu ərazidən uzaqlaşdırdıqdan sonra M. Hüseynov kimlərsə tərəfindən döyülübsə, ərazi üzrə polis orqanlarına müraciət etsin və məsələ araşdırılsın”, - deyə E.Zahidov qeyd edib.
Qeyd edək ki, M.Hüseynov və bir neçə aktivist həbs edilən repçi Pərviz Quluzadənin azad olunması üçün şüarlar yazılan plakatlar qaldırıblar. /Oxu.az/