Çavuşoğlu  rus dilində başsağlığı verdi
    • 4-08-2018, 15:03
    • 1 147

Çavuşoğlu rus dilində başsağlığı verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı Rusiya xalqına və həlak olanların yaxınlarına başsağlığı ifadə edib.

News24.az-ın məlumatına görə nazir fikirlərini rus dilində ifadə edib.
 
Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" tipli sərnişin vertolyotunun qəzaya uğraması nəticəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər həlak olub.