-
- Bu gün, 11:14
- 347
İşsizlər ünvanlı sosial yardım ala biləcək? - AÇIQLAMA
Azərbaycan Prezidenti 2024-cü il üçün ehtiyac meyarı həddini təsdiq edib. Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq.
Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.
Bəs, işləməyən, heç bir yerdən gəliri olmayan ailələr ünvanlı sosial yardım ala biləcəklərmi?
Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, işləməyən ailələr və eyni zamanda işsiz olan vətəndaşlar üçün digər sosial proqramlar var:
"O cümlədən özünəməşğulluq və işsizliyə görə müavinətlərin ödənilməsi proqramı və s. Bu baxımdan, işsiz olan, ailəli olmayan və ya ailə üzvü olmayan vətəndaşlar ünvanlı sosial yardım proqramlarına deyil, digər aktiv sosial proqramlara müraciət edərək dövlət büdcəsindən yardım ala bilərlər".
Deputat qeyd edib ki, ünvanlı sosial yardım işləyən vətəndaşlar üçündür:
"Onların gəlirləri ilə xərcləri arasında fərqin ödənilməsi məqsədi daşıyır".