-
- 15-07-2019, 11:19
- 950
Kosmik hava durumu açıqlandı
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 15-dən 17-dək olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan News24.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub.
Günəş diski ləkəsizdir. İyulun 13-də UTC-də mərkəzi S28W42 zonası yaxınlığında olan kanal boyunca təxminən 15 dərəcəlik uzun sap (“filament”) meydana gəlib. Bu sap bilavasitə Rgn 2744 (S28, L = 214) köhnə fəallıq oblastı yaxınlığında yerləşir. İyulun 14-də UTC-də SDO / AIA 193 görüntülərində tac qaralması qeydə alınıb. Həmin gün UTC-dən başlayaraq LASCO C2 görüntülərində şimal-qərb limbindən qalxan və yavaş sürətlə hərəkət edən dar CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunub. Bu tac kütlə atlmasının WSA / ENLIL modelləşdirilməsi həmin CME-də Yerə doğru yönələn komponentin olmadığını aşkarlayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub, İyulun 14-də UTC-də özünün 4,208 pfu maksimal qiymətinə çatıb. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında olub. Bzkomponenti üçün kənaraçıxma +3 /-4 nT intervalında olub. Phi bucağı əsasən müsbət sektorda qərarlaşıb.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).
Kosmik hava proqnozu – Proqnoz dövründə (15 - 17 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (15 - 17 iyul) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15 - 17 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə iyulun 15-də günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılır. STEREO A külək məlumatları əsasında sürətin 450 – 550 km/san diapazonunda dəyişəcəyi gözlənilir.
Proqnoz dövründə iyulun 15-də günorta radələrindən başlayaraq mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektivləşdiyindən fəal şəraitin meydana gələcəyi, iyulun 16-da bu şəraitin davam edəcəyi (Kp=3, 4), iyulun 17-də isə nisbi sakitləşəcəyi (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı iyulun 15 və 16-da 10%-dən, iyulun 17-də isə 5%-dən aşağı qiymətləndirilir.