Azərbaycanda maqnit qasırğası gözlənilir, GÜCLÜ KÜLƏK ƏSƏCƏK
    • 5-08-2019, 09:31
    • 1 738

Azərbaycanda maqnit qasırğası gözlənilir, GÜCLÜ KÜLƏK ƏSƏCƏK

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan News24.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 

Günəş diski ləkəsizdir. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 335 km/san olub. 

Avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.
Bu gün və sabah Kp=5 səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır.