-
- 29-12-2024, 11:18
- 316
Qonşunun hazırladığı tort bir ailəni yox etdi – FOTO
Ailə üzvləri Milad şənliyində qonşularının hazırladıqları tortu heç şübhə etmədən yedikdən sonra bir-bir həyatını itirib.
News24.az xəbər verir ki, Braziliyanın Torres şəhərində dəhşətli hadisə baş verib.
Zeli Terezinha Silva dos Anjos adlı 61 yaşlı qadın dekabrın 23-də Milad yeməyi üçün tort hazırlayıb. Onun bacısı Maida (58), böyük bacısı Neuza (65) və bacısı qızı Tatiana (43) tortu yedikdən az sonra dünyasını dəyişib.
10 yaşlı uşaq və daha 3 ailə üzvü zəhərlənərək xəstəxanaya yerləşdirilib. Ölən 3 qadının cəsədlərində arsen izləri aşkar edilib. Hadisədən sonra tortu hazırlayan Zeli saxlanılıb.
Polis Zelinin əri Paolo Luizin də sentyabr ayında qida zəhərlənməsindən öldüyünü müəyyən edib. Polis Zelinin məzarının açılacağını və ərini öldürmüş ola biləcəyi ehtimalı ilə bağlı yarılma aparılacağını açıqlayıb.
Aynurə