16 yaşlı qız turşudan zəhərlənərək öldü
    • 22-09-2024, 13:07
    • 331

16 yaşlı qız turşudan zəhərlənərək öldü


Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.

Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.