Azərbaycanda unun son qiymətləri
    • 29-12-2024, 16:35
    • 101

Azərbaycanda unun son qiymətləri

Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.

News24.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Dekabrın 26-dan etibarən ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).

Beləliklə, qiymətlər ayın əvvəli ilə eyni səviyyədə qalıb.

Dekabrın 26-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

ATS MİLL MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat;

"Anadoluqida" və "AVETA" və KARAT HOLDİNQ MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,15 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", “SKY AGRO” MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat;

Dəvəçi-Dəyirman MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,60 manat;

Dəvəçi-Taxıl MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26 manat;

Gəncə Dəyirman MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,35 manat;

"Hazartürk LTD", "Sünbül 2012”, Taxıl AQRO və Avrora MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat;

Nural MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,70 manat;

Qarabağ un MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,80 manat.