Təhsil Nazirliyindən Xan sarayındakı qəzada ölən müəllimə ilə bağlı- TAPŞIRIQ
    • 16-07-2019, 11:05
    • 965

Təhsil Nazirliyindən Xan sarayındakı qəzada ölən müəllimə ilə bağlı- TAPŞIRIQ

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib.