Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb
    • 8-07-2019, 10:15
    • 1 765

Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

BŞTİ-dən New24.az-a verilən məlumata görə, valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqəyə 1 239 şagird qatılıb.

Onlardan 567 nəfəri müsabiqənin nəticələrinə görə müvəffəq olub. BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII lisey siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2 046 şagird iştirak edib. Müsabiqədə uğurla iştirak etmiş şagirdlər göstərdikləri nəticələrə uyğun olaraq müvafiq profil sahələləri üzrə lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb.