-
- 6-01-2025, 14:15
- 354
Yeni təhlükəli virus həyəcanı - Pandemiya elan olunacaq? - AÇIQLAMA
Metapnevmovirus və digər bir neçə virusun Çində yayılması və artması tendensiyası qeydə alınıb.
Bu sözləri News24.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
“Bu virus Qazaxıstanda yayılıb, eyni zamanda Türkiyədə də var. Çünki Türkiyə ilə Çin arasında geniş ticarət əlaqələri mövcuddur. Ümumiyyətlə, bütün dünyanın Cümlə əlaqəsi var, ona görə də bu virusun bütün dünyaya yayılması real görünür. Ancaq bunun pandemiya yaratmaq təhlükəsi yoxdur. Amma epidemik ocaqlar ola bilər", - deyə o əlavə edib.
Onun sözlərinə görə, bütün ölkələr xəstələnmə sayının mümkün qədər az olması, itkilərin minimum olçası üçün çalışır.
"Çünki əhalinin bütövlükdə əmək qabiliyyətinin enmə indeksi iqtisadiyyata, sosial həyata ciddi təsir edir. Bütün bunlar hökmən nəzərə alınmalıdır.
Eyni zamanda, genafondun sağlamlığı, sonradan qripə bənzər tempratur infeksiyalarını (hazırkı virus da bu sıraya aiddir), bunların orqanizimdə hansı izlər, hansı fəsadlar yaradacağını bilmirik. Ona görə də bütün bunlar olmasın deyə, təhlükənin qarşısını vaxtında almalıyıq”, - deyə o, fikirlərini yekunlaşdırıb.
Ağa Dadaşzadə