
-
- Bu gün, 14:49
- 3 478
Xalq artisti dəfn edildi – FOTOLAR
Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli balet ustası Tamilla Şirəliyeva ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
News24.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində mədəniyyət nazirinin müavini Xalq artisti Murad Hüseynov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşları, müxtəlif sənət adamları və mərhumun yaxınları iştirak ediblər.
Vida mərasiminin ardınca Tamilla Şirəliyeva “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.


