-
- 17-07-2019, 00:51
- 1 319
Yuxusu ərşə çəkilənlər! -Məsləhətlərimizə qulaq verin
Yuxusuzluq və ya yuxunun pozulması, demək olar, hər kəsin qarşılaşdığı problemdir. Bu, təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, yuxuya getməyin çətinliyi, yuxudan yarımçıq durmaq və səhərədək oyaq qalmaq kimi hallarla səciyyələnir.
News24.az “Zdorovye” saytına istinadla xəbər verir ki, insanın əlverişsiz şəraitdə (səs-küy, isti-soyuq, həddən artıq bərkvə ya yumşaq çarpayı) yatması, həyattərzini dəyişməsi (səyahət, bir yerdənbaşqa yerə köçmək), evdə və işdəstress vəziyyət, müxtəlif ağrılaryaradan, tənəffüsü çətinləşdirən vədigər xəstəliklər, narahatlıq vədepressiya yuxusuzluğunsəbəblərindəndir.
Aşağıda qeyd edilən məsləhətlərə əməl olunduğu halda yaxşılaşma olmasa, həkimə müraciət etmək lazımdır:
- axşamlar alkoqol qəbul etməyin.
- xüsusilə yataqda siqaret çəkməyin. Nikotin stimullaşdırıcı təsirə malikdir. Bu sizə yuxuya getməyə və normal yuxu prosesinə mane olur.
- qəhvə içməyin və ya onu daha az içməyə cəhd edin. Kofein orqanizmdə 12-24 saat ərzində qalır. Yadda saxlayın ki, qəhvə ilə yanaşı, şokolad, kola və çayın da tərkibində kofein var.
- yatmazdan əvvəl həddindən artıq yeməyin. Dolu mədə yuxuya getməyə mane olur. Yaxşısı yüngül qəlyanaltı ilə keçinməkdir.
- vannanı yuxudan bir-iki saat əvvəl qəbul edin. Bu, əzələlərdə gərginliyi götürəcək və sizin yuxunuz gələcək.
- müntəzəm olaraq idman edin. Bununla siz gərginliyi aradan qaldıracaq və səhər özünüzü gümrah hiss edəcəksiniz. Bundan başqa, fiziki hərəkətlər nəticəsində siz yorulacaqsınız ki, bu, yuxuya getməyi asanlaşdırır.
- yataq otağı sakit və qaranlıq olmalıdır. Əgər səs mane olursa, qulağınızı xüsusi tıxac və ya “ağ küy” qurğusu ilə bağlayın.
- yuxu üçün optimal temperatur 15.5-18.3 dərəcədir. Həmçinin yaxşı yuxu üçün döşəyin bərk və rahat olması çox vacibdir.
- qısamüddətli gündüz yuxusundan imtina etmək yaxşı olar. Müddəti 20 dəqiqədən az olan bu cür yuxu orqanizmi gümrah edə bilər. Lakin gündüz 4 saatdan çox yatmaq yuxunun normal strukturuna təsir edə bilər və yuxusuzluq yaradar.
- işığı söndürməzdən əvvəl bir neçə dəqiqə kitab oxuyun. Bu, sizi rahat edər və tez mürgüləyərsiniz.
- nəyisə hesablamaq tövsiyə edilmir. Hesab diqqəti müəyyən məsələyə yönəldir. Əksinə, çalışın özünüzü xoşagələn bir sahədə təsvir edin. Təxəyyülünüzü işə salın ki, yuxuya gedən zaman sakitləşdirici səsləri eşidəsiniz.
- çarpayı istirahət yeri olmalıdır. Dəhşətlər filminə baxmaq, sabahkı iş gününün planını qurmaq stress və narahatlıq yaradır. Odur ki, yataqda bu məsələlərlə məşğul olmaq lazım deyil.
- yuxusuzluq üçün əla vasitə içində qurudulmuş mayaotu qozaları olan yastıqdır. Fındıq ağacı yarpağı və şam ağacı budağı da yuxusuzluğun öhdəsindən gəlməkdə kömək edə bilər. Həmçinin qaraqınıq və nanə yarpaqlarını da götürmək lazımdır. Qurudulmuş komponentləri qarışdırırıq və yastığa doldururuq.
İnsanların çoxu yuxusuzluğa görə həkimə müraciət etməyə məcburdur. Yuxu dərmanından həkimin məsləhəti olmadan istifadə etmək olmaz. Adətən bu cür vasitələr yuxuya getməkdə müvəqqəti çətinliyi yüngülləşdirir. Onlardan uzun müddət istifadə edilməsi orqanizmin bu dərmanlara öyrəşməsinə gətirib çıxarır.