-
- Dünən, 04:35
- 184
“Liverpul”u almaq istəyir
Amerikalı sahibkar İlon Mask İngiltərənin “Liverpul” futbol klubunu almaq istəyir.
Bu barədə “The Guardian”a milyarderin atası Errol Mask bildirib.
“Bəli, İlon klubu almaq istəyir. Amma bu o demək deyil ki, onu alacaq. O, istərdi, bəli, əlbəttə. İstənilən olardı. Mən də!” - o deyib.
Qeyd edək ki, klub hazırda Amerika investisiya şirkəti “Fenway Sports Group”a (FSG) məxsusdur. İngiltərə Premyer Liqasının cari mövsümündə keçirilən 19 matçdan sonra əldə etdiyi bir oyunla “Liverpul” 46 xalla turnir cədvəlinə başçılıq edir.
"Cebheinfo.az"