-
- Dünən, 23:40
- 137
Qazaxıstanın sərnişin təyyarəsi Aktauya məcburi eniş etdi
Bu gün “Air Astana” aviaşirkətinə məxsus təyyarə Aktauda məcburi eniş edib.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, Almatıdan Antalyaya uçan təyyarə texniki problemlərə görə Aktauda məcburi eniş etməli olub.
Bildirilir ki, KC915 reysini yerinə yetirən Airbus A321 təyyarəsi yerli vaxtla saat 08:35-də hava limanından havaya qalxıb. Lakin texniki səbəblərdən təyyarə Aktau hava limanına enib: “Səbəb mərkəzi yanacaq çəninin təhlükəsizlik klapanının nasazlığı olub. Almatıdan ehtiyat hissələrin çatdırılması zərurəti ilə əlaqədar uçuş yanvarın 9-u saat 09:20-yə dəyişdirilib. Sərnişinlər yemək və mehmanxana ilə təmin olunurlar. Antalyada sərnişinlər üçün də analoji tədbirlər görülür”.