-
- Bu gün, 10:12
- 122
Əməliyyat zamanı doğum gününü qeyd edən həkimdən açıqlama
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən özəl xəstəxanlardan birində cərrah əməliyyat zamanı doğum gününü qeyd edib.
Məlumata görə, hadisə "German Hospital"da baş verib. Əməliyyat zamanı doğum günü qeyd edilən həkim xəstəxananın cərrahı, mama-ginekoloqu Ləman Əliyeva olub.
News24.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az Ləman Əliyeva ilə əlaqə saxlayıb.
O deyib ki, həmin şəxslər otağa daxil olarkən xəstənin tikişləri qoyulmuşdu: "Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etmək istəyiblər. Orada da artıq əməliyyat sona çatmışdı, xəstənin tikişləri qoyulmuşdu. Tibb bacıları da sanitar geyimdə idilər".