-
- 18-07-2019, 01:12
- 1 599
Saç tökülməsinə son! Bu bəlanın növləri və səbəblərini araşdırdıq
Saç tökülmələri problemi (alopesiya) müasir dövrdə öz aktuallığını saxlayır. Bu hal çoxlarında kompleks şəkilində özünü büruzə verir. Belə ki, saçı tökülmüş insanlar özlərini cəmiyyətdə narahat hiss edir, bitkisəl, kimyəvi və ya ev şəraitində hazırlanmış saç maskaları ilə bu vəziyyətdən çıxış yolu axtarırlar.
Alopesiyanın səbəbləri, ən çox rast gəlinən növləri və profilaktikası barədə News24.az olaraq araşdırdıq.
Mütəxəssislərin fikrincə, saç tökülmələri müxtəlif səbəblərdən ola bilər. Bunlardan dəri xəstəlikləri (göbələk, seboreya), saç boyaları, saç fenləri, həddindən artıq isti su ilə baş yumaq, stress və ya irsi, genetik amilləri misal çəkmək olar. Bu o deməkdir ki, hər bir pasiyentə fərdi yanaşmaq lazımdır. Saç tökülmələrinin ən çox rast gələn növləri adrogenetik alopesiya və alopesiya areatadır.
Androgenetik alopesiya kişi və qadın tipi saç seyrəlməsinə bölünür. Kişilərdə irsiliyin rolu ilə əlaqəli saç tökülmələrə qadınlara nisbətən daha çox rast gəlinir.
Androgenetik alopesiyanın kişi tipi piy vəzilərində, qara ciyərdə, ikinci tipə isə prostat vəzi, saqqal və sinə nahiyəsində olan tük follikullarında rast gəlinir.
Qadınlarda saç seyrəlməsi yetkinlik, premenopauza və menopauza dövründə müşahidə olunur. Yetkinlik dövründən qısa müddət sonra əmələ gələn seyrəlmə irsiliklə əlaqəli olur. Premenopauza və menopauza dövründə qadınlarda baş verən androgenetik alopesiya yalnız genetik səbəblə deyil, eyni zamanda tük follikulu səviyyəsindəki androgen metabolizmasındakı dəyişikliklər və sistemik hormonal dəyişikliklərlə bağlı ola bilir. Bu, bəzi hallarda özü özlüyündə sağala bilən bir xəstəlikdir. Ümumiyyətlə sağlamlığınızı qeyri peşəkarlara deyil, mütəxəssislərə həvalə edin.