-
- Dünən, 19:00
- 93
Türkiyə-İran sərhədində zəlzələ oldu
Türkiyə-İran sərhədində 4,3 maqnitudada zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət Hakkari şəhərində qeydə alınıb.
Zəlzələ ocağı 5,44 kilometr dərinlikdədir.
Təbii fəlakətin fəsadları barədə hələlik məlumat yoxdur.