Azərbaycana qarşı təxribatçı açıqlamalar - İran mollalarını kim danışdırır? - FOTO
    • Bu gün, 10:54
    • 117

Azərbaycana qarşı təxribatçı açıqlamalar - İran mollalarını kim danışdırır? - FOTO

Azərbaycan və Türkiyəyə qarşı ən təxribatçı və çirkin açıqlamaları illərdir Ərdəbilin imam cüməsinə söylədirlər. Ali dini liderin Ərdəbildəki nümayəndəsi müxtəlif toplantılarda çıxışlar edir, açıqlamalar verir, yəni idman dili ilə desək, daima “formadadır”. Bəs görəsən, Təbrizin imam cüməsi necə Ərdəbildəki həmkarı kimi düşünür? 

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, kiçik araşdırma aparıb və məlum olub ki, o da rəhbərindən aldığı tapşırıqları canla-başla yerinə yetirir və Azərbaycan əleyhinə açıqlamalarında Ərdəbildəki həmkarından geri qalmır.

"Tehranın və Qumun məqsədi Güneydəki azərbaycanlıların əyalət mollaları kimi düşündüyünü bizə təlqin etməkdir. Əlbəttə, əyalət mollalarını dinləyənlər içərisində rejimi dəstəkləyən azərbaycanlılar var. Ancaq Ərdəbil və Təbrizdə çap hərflərlə “Yaşasın Qarabağ qəhrəmanı Əliyev Başqan” və “Yaşasın Şam fatehi Ərdoğan Rəis” şəkillərini divarlara yapışdıran azərbaycanlılar da az deyil. Bunu görməmiş deyillər", - deyə o qeyd edib.

Aynurə