Bakıda silahlı kriminal avtoritet TUTULDU
    • 18-07-2019, 13:52
    • 2 042

Bakıda silahlı kriminal avtoritet TUTULDU

Bakıda qanunsuz silah gəzdirən şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, barəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) maddəsi ilə cinayət işi açılan Kəngərli Adil Savalan oğlunun işi Xətai Rayon Məhkəməsinə göndərilib. İşə hakim Fərid Yaqubovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxt sakini “Tapança Adil” ləqəbli Adil Kəngərlinin qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs Xətai rayonu General Mehmandarov küçəsində saxlanılıb.

 Onun yaşadığı mənzildən sandıqçasında 6 ədəd patron olan “Makarov” markalı tapança və 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.