Komaya düşən jurnalist Natiq Qocaman vəfat etdi
    • 24-02-2019, 12:41
    • 1 873

Komaya düşən jurnalist Natiq Qocaman vəfat etdi

Bir müddət öncə komaya düşən tanınmış jurnalist Natiq Qocaman dünyasını dəyişib.

News24.az xəbər verir ki, bir müddətdir insultdan müalicə alan və beyin əməliyyatı keçirən “Mediapress İnformasiya Agentliyi”nin baş redaktoru 46 yaşında vəfat edib.

Qeyd edək ki, N.Qocaman 1 fevral tarixindən insult səbəbindən koma vəziyyətinə düşüb. Jurnalistin xanımı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib. Prezident Administrasiyanın şöbə müdiri Əli Həsənov ölkə başçısına bu haqda məruzə edildiyini və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini söyləyib. Bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.