Yumruğumuzu 90 saniyə sıxsaq beynimizdə NƏ BAŞ VERƏR?
    • Bu gün, 17:26
    • 99

Yumruğumuzu 90 saniyə sıxsaq beynimizdə NƏ BAŞ VERƏR?

Amerikalı psixoloqlar apardıqları araşdırmada sağ və sol əllər haqqında maraqlı nəticələrə gəliblər. Müəyyən edilib ki, sağ əli 90 saniyə saxlamaq yaddaşın formalaşmasına kömək edərkən, sol yumruğu tutmaq isə xatırlamağı asanlaşdırır.

News24.az xəbər verir ki, təcrübə 50 yetişkin üzərində aparılıb. 

Subyektlərdən 90 saniyə ərzində sağ yumruqlarını tutmaları, uzun sözlərin siyahısını yadda saxlamaları və xatırlamaları tələb olunub. Araşdırmalar göstərib ki, yumruq sıxmaq beynin yaddaşla əlaqəli hissələrini aktivləşdirir.

Nyu Cersidəki Montclair Universitetindən Ruth Propperin sözlərinə görə, bu araşdırma sadə hərəkətlərin beyin fəaliyyətinə təsir etdiyini və yaddaşı yaxşılaşdırdığını göstərib. 

Ekspert Dr. Propper deyib: "Bir şey öyrənməzdən əvvəl sağ yumruğunuzu, onu xatırlamağa çalışarkən isə sol yumruğunuzu sıxmaq yaddaşı yaxşılaşdırır".


Məryəm İlhamqızı