Qapısı bağlı qalan XAN SARAYIMIZ
    • 18-07-2019, 18:59
    • 859

Qapısı bağlı qalan XAN SARAYIMIZ

Ədilə Eminova -“Gözəl Şəkimizə, Xan Sarayımıza göz dəydi. Dünyanın abidələri siyahısına salınandan hamının diqqətı burda idi. Çox məyus olmuşuq..."

Məlum hadisədən sonra hələ də özünə gələ bilməyən şəkililər News24.az-ın müxbiri ilə söhbətdə faciənin ürəklərində dərin iz buraxdığını deyiblər: "Xan çinar bizim üçün o qədər əziz idi ki, belə bir dəhşətin olacağına inanmazdıq. Burda o qədər xatirələrimiz var ki... Həmin günü Saraya 30-a yaxın təcili tibbi yardım maşını gəlmişdi. Bu günü heç vaxt unutmarıq". Bu sözləri də Elmira Hüseynova deyib. 

Lətifə Qəhrəmanova isə həmin hadisədən sonra irigövəli ağacların altında oturmaqdan qorxduğunu dilə gətirib: "Bu hadisədən o qədər təsirlənmişik ki, uşaqlarımı o əraziyə tək buraxmağa, irigövdəli ağacların altında oturmağa qorxuruq. Həmin günkü  ağlaşmaların, qışqırılıqların, sirenaların səsi hələ də qulağımdadır. Yayılan videolarda o dəhşət olduğu kimi göstərilə bilməz. O gün ömürlük hafizəmizə yazıldı".

Neçə illərdir Xan Sarayının yaxınlığında Şəki paxlavası satan Zakir dayı da həmin anı ağrı ilə yada salıb: "Hay düşən kimi sarayın qabağına yüyürdük. Dedik, bacardığımız köməyi eləyərik. İllərdir bura minlərlə insan gəlib-gedir. Şəki iniyədək belə bir faciə görməmişdi". 

Hazırda şəkililər də, şəhərin qonaqlarıı da Xan Sarayının nə zaman yenidən açılaçağının intizarındadırlar.  Hazırda tarixi abidənin yerləşdiyi məkan lentlə bağlanıb. Giriş qadağan olunub. Binanın qarşısında isə Daxili İşlər Nazirliyinin əməkdaşları keşik çəkir. 

DİN əməkdaşları Xan sarayının nə zaman açılacağı barədə məlumatsız olduqlarını deyiblər. Məkana gələn çoxsaylı turistlər Xan Sarayını görə bilmədiklərinə görə, təəssüflə geri dönürlər. 

Bəzi məlumatlara görə, sarayın qapıları 10 gündən sonra yenidən ziyarətçilər üçün açılacaq.

Qeyd edək ki, saraydakı hadisənin rayona müntəzəm yağan yağışların ağacı gövdəsindən çürütməsi üzündən baş verdiyini bildirirlər. Daha dəqiq desək, ağac ağırlığındakı çürüməkdə olan budaqlar küləyin gücünə davam gətirməyib. Hazırda digər ağacların da gövdələrinin yararlı olub-olmadığı müəyyənləşdirilir”.