Millət vəkilinin evində intihar edən qızın qardaşı:
    • 26-09-2019, 10:10
    • 969

Millət vəkilinin evində intihar edən qızın qardaşı: "Anam onun öldüyünü bilmir" - VİDEO

Millət vəkilinin evində intihar edən 23 yaşlı Nadirə Qədirova ilə bağlı yeni məlumat yayılıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisədən bir neçə dəqiqə öncə "AK Parti"nin millət vəkili olan Şirin Ünal N.Qədirovanın qardaşı Məhəmməd Əliyə zəng edərək evdən ona məxsus silahın itdiyini bildirib.

Hadisə günü ilə bağlı açıqlama verən Məhəmməd Əli Ş.Ünalın evinə gəldiyi zaman bacısının artıq intihar etdiyini açıqlayıb: "Hadisə sentyabrın 23-də saat 20: 48-də baş verib. Şirin Ünal hadisədən 5 dəqiqə əvvəl mənə zəng etdi. Silahın evdə olmadığını dedi. Daha sonra Nadirə silahla öz otağındadır və qapını bağlayıb deyə bildirdi. Həmin vaxt bir qızının qışqırdığını eşitdim. Həmin vaxt telefon söndü. Taksiyə minib Çayyolundakı evə getdim. Ancaq mən çatanda artıq gec idi.

Anama bacımın öldüyünü deməmişəm. O, qızının hələ də xəstəxanada olduğunu bilir".