Rafael Ağayev və Hacı Əliyev prezidentin şəxsi təyyarəsində - FOTO
    • 19-07-2019, 00:11
    • 2 875

Rafael Ağayev və Hacı Əliyev prezidentin şəxsi təyyarəsində - FOTO

Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev və güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Rusiya Federasiyası Tuva Respublikasının prezidenti Şolban Kara-oolun ad günündə iştirak edib.

News24.az xəbər verir ki, prezident onları şəxsən öz təyyarəsi ilə Bakıdan götürərək Tuvaya aparıb.

İdmançılar muxtar respublika prezidentinin 53 yaşını təyyarədə qeyd ediblər.

Qeyd edək ki, Şolban Kara-ool keçmiş karateçi olub. İdmançılarımızla tanışlıq isə müstəqil Azərbaycanın ilk karate çempionu İlyas Xəlilov vasitəsilə baş tutub.