-
- 19-07-2019, 10:26
- 824
Olimpiya Festivalı zamanı 41 Təcili Tibbi Yardım briqadası NÖVBƏ ÇƏKƏCƏK
Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu, ayın 29-na qədər davam edəcək. Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcək.
Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcək.