Bakıda 15 yaşlı idmançı xəsarət aldı
    • 24-07-2019, 10:19
    • 870

Bakıda 15 yaşlı idmançı xəsarət aldı

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 15 yaşlı Macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb.