Zabit Səmədov iki metr boya malik idmançı ilə döyüşəcək
    • 8-08-2018, 16:59
    • 1 612

Zabit Səmədov iki metr boya malik idmançı ilə döyüşəcək

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə döyüşəcək.

Əvvəllər tanınmış K-1 döyüşçüsü olmuş 2 metr boya malik fransalı ilə döyüş avqustun 16-da Çeçenistan paytaxtı Qroznıda baş tutacaq.

Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunacaq.

// Report