Donuzlar çobana hücum etdi, - itlər onu xilas etdi

Donuzlar çobana hücum etdi, - itlər onu xilas etdi Dünya

Türkiyədə heyvandarlıqla məşğul olan Murat Kızmaz itləri ilə qoyun-keçi sürüsünü otarmağa gedib. Bu zaman Murat Kızmaz donuzların hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, hadisə zamanı çoban itləri də həmin donuzlara hücum edərək onları qaçırdıblar.

Bədəninin müxtəlif yerlərindən yaralanan Kızmazın hər iki qolu sınıb. 

İlkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılan Kızmaz müalicə altına alınıb.

Kızmazın xəstəxanada müalicə olunduqdan sonra evə buraxıldığı bildirilib.


Günel Məlikzadə