Fabrikdə baş verən yanğında bir nəfər xəsarət aldı

Fabrikdə baş verən yanğında bir nəfər xəsarət aldı Hadisə

Omskda neft-kimya zavodunda baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. 

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə , yanğın yerli vaxtla saat 09:00 radələrində baş verib. Yanğının söndürülməsinə 18 nəfər və 5 ədəd xüsusi texnika cəlb olunub.

Hadisə nəticəsində 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma davam edir.

Ağa Dadaşzadə