Oteldə yanğın: Ölən və yaralananlar var - FOTO
    • 21-01-2025, 11:27
    • 411

Oteldə yanğın: Ölən və yaralananlar var - FOTO

Türkiyənin mühüm turizm mərkəzlərindən birində oteldə yanğın baş verib.

News24.az Haberler-ə istinadən xəbər verir ki, otelin restoran hissəsində başlayan yanğın bütün binanı əhatə edib. Vəziyyətlə bağlı Təcili Zəng Mərkəzinə məlumat verilib.

Hadisə yerinə çoxlu sayda sağlamlıq və yanğınsöndürmə briqadası göndərilib.

Semestr tətili səbəbiylə otelin dolu olduğu və qonaqların dərhal təxliyə edildiyi öyrənilib.

Qeyd edək ki, ilkin məlumata görə, 10 nəfər ölüb, 32 nəfər yaralanıb.

Günel Məlikzadə