Üç yaşayış binasında baş verən yanğın söndürüldü
    • 21-01-2025, 17:11
    • 170

Üç yaşayış binasında baş verən yanğın söndürüldü

Yaltada üç yaşayış binasında baş verən yanğın söndürülüb, Krım Respublikası üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Birmərtəbəli və iki üçmərtəbəli yaşayış binasında yanğın yanvarın 21-də səhər saatlarında başlayıb. Hadisə Kirov küçəsində baş verib. Yanğının ümumi sahəsi 250 kvadratmetr olub.

Moskva vaxtı ilə saat 09:42-də yanğın lokallaşdırılıb. Saat 12:55-də yanğın tamamilə söndürülüb.

Prokurorluq yanğının hansı şəraitdə baş verdiyini araşdırır.


Ağa Dadaşzadə