
-
- 29-03-2025, 20:48
- 578
Elgizin sualı müğənnini niyə əsəbiləşdirdi - VİDEO
Şəbnəm Tapdıq və aparıcı Elgiz Əkbər arasında mübahisə baş verib.
News24.az xəbər verir ki, “Elgizlə izlə”nin aparıcısı “Necə dolanırsınız” sualı Əməkdar artisti özündən çıxarıb:
“Bu nə sualdır mənə verirsiniz?! Mənim restoranda nə işim var?! Nə toylara, nə də restoranlara gedirəm. Səhnədən restorana düşmək asandır, restorandan səhnəyə qalxmaq isə çətin!
Mən o illərdə gənclik estradasından gəlirdim və oradan bütün telekanallar məni dəvət edirdi. Öz dövrümün popular, sevilən ifaçısı olmuşam. Nə vaxt ağlamışam ki, mənə pul verin?! Bu sualı mənə niyə verirsiniz? Mənə şeirlər təqdim edirlər, musiqi bəstələyirəm və bunun qarşılığında qonorarımı alıram"./Yenisabah.az