“Kəpəz” İtaliyadan oyunçu aldı - FOTO
    • 25-01-2025, 20:15
    • 162

“Kəpəz” İtaliyadan oyunçu aldı - FOTO

"Kəpəz" daha bir transfer realaşdırıb.

News24.az xəbər verir ki, Gəncə klubu Trent Buhagiarı heyətinə cəlb edib.

Ampluaca arımmüdafiəçi olan oyunçu ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb. Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür.

Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub./Milli.Az