-
- 22-07-2019, 21:42
- 818
Azərbaycanda daha bir futbol klubu dağıldı - Rəsmi
Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandırıb.
News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, söhbət Bakının “Şüvəlan” klubundan gedir.
Ötən mövsümü birinci divizionda keçirən bakılılar mailiyyə problemi səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Məlumatı saytımıza açıqlamasında “Şüvəlan”ın icraçı direktoru Səyid Babayev də təsdiqləyib. O, futbolçulara azad agent statusu verildiyini bildirib. Klub rəsmisi bununla bağlı sabah bəyanat yayacaqlarını qeyd edib.
Qeyd edək ki, sözügedən klub əvvəllər Premyer Liqada AZAL adı ilə çıxış edib. Komandanın adı 2017-ci ildə “Şüvəlan” olaraq dəyişdirilib.
Onu da qeyd edək ki, qəsəbə təmsilçisinə sponsorluğu “Silk Way” edirdi.