Bu rayonlarda qaz təchizatı DAYANDIRILDI
    • 27-09-2019, 11:21
    • 886

Bu rayonlarda qaz təchizatı DAYANDIRILDI

Gəncə və Ağstafanın bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən News24.az-a veriln məlumata görə, sentyabrın 27-də səhər saat 09:00-dan etibarən işlər başa çatanadək yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb. Saat 09:30-dan etibarən isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində qaz fasilələrlə veriləcək. Saat 12:00-dan isə Nizami rayonu, Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində qaz təchizatı dayandırılacaq. Bu zaman “8-ci km Əsas” orta təzyiqli qaz xəttində bir sıra mövsümi işlər görüləcək.