Azarkeş sayına görə rekorda imza atdı

Azarkeş sayına görə rekorda imza atdı İdman


"Liverpul" İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

News24.az xəbər verir ki, Mersisayd təmsilçisinin ötən gün doğma meydanda "İpsviç"lə keçirilən görüşünü (4:1) 60 min 420 tamaşaçı izləyib. Bu, Premyer Liqa matçında "Liverpul"un yeni tamaşaçı rekordudur.

Qeyd edək ki, "Liverpul" 53 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir./unikal