
-
- 27-01-2025, 12:31
- 112
Bakıda yaşayış binasında YANĞIN
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
News24.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 74 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.