Bakıda qardaş qardaşını döydü – CİNAYƏT İŞİ AÇILDI
    • 23-07-2019, 12:55
    • 837

Bakıda qardaş qardaşını döydü – CİNAYƏT İŞİ AÇILDI

Bakının Nizami rayonunda iki qardaş arasında baş verən davaya görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Əsgərov Vüqar adlı şəxs polisə ərizə yazaraq qardaşı Eldarın onu döyərək xəsarət yetirdiyini bildirib. Hadisə ilə bağlı ekspertiza təyin edilib və V.Əsgərovun yüngül xəsarət aldığı müəyyənləşib.

Fakta görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə iş açılıb.

İki qardaşın hansı səbəbdən dalaşdığı məlum deyil.