Sərnişin avtobusu körpüdən aşdı: - Ölənlər var

Sərnişin avtobusu körpüdən aşdı: - Ölənlər var Dünya

Boliviyanın Potosi bölgəsindəki Uyuni və Atoça qəsəbəsini birləşdirən yolda avtobus körpüdən aşıb.

News24.az xəbər verir ki, qəzada 19 nəfər ölüb, 9 nəfər yaralanıb. 

Qəza ilə əlaqədar istintaq başladılarkən, yaralılar bölgədəki xəstəxanalarda müalicə altına alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtobus sürücüsü kəskin döngədən çıxa bilməyib və körpüdən aşıb.

Günel Məlikzadə